Türkiyə Super Liqasının 34-cü həftəsində keçiriləcək \"Fənərbaxça”-\"Beşiktaş” derbisinin baş hakimi bəlli olub.
Qarşılaşmanı Volkan Bayarslan idarə edəcək.
Beləliklə, Volkan Bayarslan ikinci dəfə \"Fənərbaxça\" - \"Beşiktaş\" derbisində baş hakim olacaq.
46 yaşlı hakim daha əvvəl 2 oktyabr 2022-ci ildə oynanılan və 0:0 hesabı ilə başa çatan \"Beşiktaş\" - \"Fənərbaxça\" derbisini idarə edib.
Digər tərəfdən, Volkan Bayarslan karyerasında 5-ci dəfə derbi matçında fit çalacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 27-si saat 20:00-da baş tutacaq.
///apa