AZ

Son çempion: ilk 3 oyuna 4 xal

Startı aprelin 13-də verilən Braziliya çempionatının yeni mövsümündə artıq 3 tur arxada qalıb.

“Football-plus.az” xəbər verir ki, A seriyasında ayın 16-18-i aralığında 2-ci, 19-21-i aralığında isə 3-cü turun oyunları keçirildi. Diqqəti cəlb edən əsas fakt artıq bütün komandaların xal itirməsi ilə bağlıdı.

Brazileyrao-2024-ün əvvəli rəqabət planında kifayət qədər maraqlı keçir. Əlbəttə, bu fikri ilk növbədə ötən mövsümün mükafatçılarının startda itirdikləri xallara görə vurğulamaq olar. Son çempion “Palmeyras” yeni mövsümə səfərdə “Vitoriya” üzərində minimal hesablı qələbə ilə başlamışdı. Abel Ferreyranın komandası evdə keçirdiyi növbəti iki matçda hesabına yalnız bir xal yaza bildi. Əvvəlcə “İnternasyonal” ilə matçda uğursuzluq baş verdi. Qonaqlar oyun planında daha yaxşı təsir bağışladılar. Onların hücumçusu Borre 22-ci dəqiqədə penalti ilə hesabı açmaq şansını boşa verdi. Amma kolumbiyalı futbolçu fasilə ərəfəsində Uesliyə məhsuldar ötürmə verməklə “günahını yudu”. Bu qola heç cür cavab verə bilməyən “Palmeyras” növbəti ev oyununda da çətinliklə üzləşdi. Ferreyranın komandası “Flamenqo” ilə olduqca gərgin və kobud axarda keçən matçda qolsuz heç-heçəyə razılaşdı. Nəticədə son çempion ilə bağlı çox maraqlı mənzərə formalaşdı: ilk 3 oyuna 4 xal toplayan san paululular özlərini 11-ci yerdə tapdılar.

Vitse-çempion “Qremio” ilk turun səfər oyununda “Vasku da Qama”dan xal ala bilməmişdi – 1:2. Renato Qauşunun çalışdırdığı komanda uğursuz startın əvəzini növbəti rəqiblərindən çıxdı. Evdə “Atletiko Paranaense”yə 2:0, “Kuyaba”ya 1:0 hesabıyla qalib gələn portu aleqrililər 6 xalla 5-ci yerdədilər.

Son mövsümün bürünc mükafatçısı “Atletiko Mineyro” ilk turda səfərdə “Korintians” ilə qolsuz “sülh”ə razılaşmışdı. Bu ildən argentinalı Qabriel Militonun çalışdırdığı komanda evdə “Krisiuma” (1:1) və “Kruzeyro” (3:0) ilə keçirdiyi oyunlarda 4 xal qazandı. Bu nəticə belu orizontelilərin 5 xalla 7-ci yerə sahib çıxmasına şərait yaratdı.

İlk 3 turdan sonra yüksək liqada ikihakimiyyətlilik yaranıb. “Braqantino” ilə “Flamenqo” 7 xalla şərikli liderdilər. Portuqaliyalı Pedro Kayşinyanın çalışdırdığı “Braqantino” evdə “Vasku da Qama” (2:1) və “Korintians” (1:0) üzərində qazanılan qələbələrlə 1-ci yerə sahib çıxdı. “Flamenqo” braqançalılardan yalnız bir top az vurduğu üçün geri qalır. Evdə “San Paulu”ya 2:1 hesabıyla qalib gələn Titenin komandası “Palmeyras”dan səfərdə bir xal almaqla şərikli liderliyə nail oldu.
Maraqlıdı ki, artıq yeni mövsümdə ilk məşqçi istefası zərurətə çevrilib. Amma bunu gözləmək olardı. Çünki “San Paulu” ilk iki turda evdə “Fortaleza”ya, səfərdə isə “Flamenqo”ya 1:2 hesabı ilə uduzmuşdu. Rəhbərlik belə başlanğıcdan sonra baş məşqçi vəzifəsinə yanvarda təyinat alan Tyaqo Karpinini istefaya göndərməyi lazım bilib. 39 yaşlı braziliyalı mütəxəssisin yerinə Luis Subeldiya təyinat alıb. 43 yaşlı argentinalı mütəxəssis ilə imzalanan müqavilənin müddəti 2025-ci ilin sonuna qədər nəzərdə tutulub. Sonuncu iş yeri olan “LDU Kito”nu ötən il Ekvador çempionatında və Sudamerikana Kubokunda qələbəyə daşıyan Subeldiyanın yeni komandasındakı debütü uğurlu alındı. “San Paulu” son turun səfər oyununda “Atletiko Qoyaniense”yə 3:0 hesabıyla qalib gəldi.

2-ci tur
Palmeyras - İnternasyonal 0:1
Uesli, 45.
Qremio - Atletiko Paranaense 2:0
Kristaldo, 19. Soteldo, 51.
Atletiko Mineyro – Krisiuma 1:1
Qustavo Skarpa, 40 – Mateusinyo, 84.
Flamenqo - San Paulu 2:1
Luiz Araujo, 20. De la Krus, 54 – Ferreyra, 79.
Bayya - Fluminense 2:1
Kayo Aleşandro, 34. Kauli, 61 – Kano, 4.
Braqantino - Vasku da Qama 2:1
Lakintana, 7. Vitinya, 78 – Veqetti, 63.
Fortaleza - Kruzeyro 1:1
Erkules, 19 – Mateus Vital, 19.
Juventude - Korintians 2:0
Jean Karlos, 53. Lukas Barbosa, 59.
Botafoqo RJ - Atletiko Qoyaniense 1:0
Ponte, 32.
“Kuyaba” – “Vitoriya” oyunu təxirə salınıb.

3-cü tur
Palmeyras – Flamenqo 0:0
Qremio - Kuyaba 1:0
Kristaldo, 44.
Atletiko Mineyro - Kruzeyro 3:0
Zaraço, 25. Paulinyo, 35. Gilyerme Arana, 45+2.
Braqantino - Korintians 1:0
Vitinyo, 5.
Fluminense – Vasku da Qama 2:1
Qanso, 10. Martinelli, 53 – Veqetti, 55.
Atletiko Paranaense – İnternasyonal 1:0
Kanobbio, 71.
Vitoriya - Bayya 2:2
Mateuzinyo, 20. Vaqner Leonardo, 57 – Byel, 69. Everaldo, 72.
Botafoqo RJ – Juventude 5:1
Junior Santos, 4. Tikinyo Soares, 9-p. Danilo Barbosa, 53. Savarino, 61. Montes, 80 – Danilo Boza, 85.
Atletiko Qoyaniense - San Paulu 0:3
Kalyeri, 14. Lusiano, 52-p. Ferreyra, 76.
“Krisiuma” – “Fortaleza” oyunu təxirə saınıb.

1. Braqantino 3 2 1 0 5-3 7
2. Flamenqo 3 2 1 0 4-2 7
3. Botafoqo RJ 3 2 0 1 8-4 6
4. Atletiko Paranaense 3 2 0 1 5-2 6
5. Qremio 3 2 0 1 4-2 6
6. İnternasyonal 3 2 0 1 3-2 6
7. Atletiko Mineyro 3 1 2 0 4-1 5
8. Fortaleza 2 1 1 0 3-2 4
9. Bayya 3 1 1 1 5-5 4
10. Fluminense 3 1 1 1 5-5 4
11. Palmeyras 3 1 1 1 1-1 4
12. Kruzeyro 3 1 1 1 4-6 4
13. Juventude 3 1 1 1 4-6 4
14. San Paulu 3 1 0 2 5-4 3
15. Vasku da Qama 3 1 0 2 4-5 3
16. Krisiuma 2 0 2 0 2-2 2
17. Vitoriya 2 0 1 1 2-3 1
18. Korintians 3 0 1 2 0-3 1
19. Atletiko Qoyaniense 3 0 0 3 1-6 0
20. Kuyaba 2 0 0 2 0-5 0

Seçilən
135
football-plus.az

1Mənbələr