AZ

Cüdoçumuz Avropa çempionatının gümüş medalına sahib oldu

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayıb.

Onlardan yalnız biri Balabəy Ağayev (60 kq) finala qədər irəliləyib. O, finalda Fransisko Qarriqosa (İspaniya) uduzaraq gümüş medal qazanıb.

Eyni çəkidə mübarizə aparan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldıza (Türkiyə) məğlub olub.

Aydan Vəliyeva isə (52 kq) də bürünc medal görüşündə uduzaraq beşinci olub.

Kişilərdən Yaşar Nəcəfov (66 kq), qadınlardan isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Acelya Toprak (57 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq.

Bizim.Media
 

Seçilən
84
12
bizim.media

10Mənbələr