Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub AFFA Gənclər Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, XXXI turda evdə “Kəpəz”i 5:0 hesabıyla məğlub edən “Sabah”ın U-19 komandası sona iki tur qalmış çempionluğu rəsmiləşdirib.
“Sabah” növbəti mövsüm Azərbaycanı UEFA Gənclər Liqasında təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, ötən mövsüm bu titula “Qəbələ”nin U-19 komandası sahib çıxmışdı.