AZ

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
"Ölkə.az" Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən hər iki görüşdə Xəzər Babazadəyə qalib gələn Vüqar Rəsulov bürünc medal qazanıb.

Çempionluğun taleyi Aydın Süleymanlı və Məhəmməd Muradlı arasında baş tutan finalda həll olunub. İlk partiya heç-heçə başa çatıb. Bu gün keçirilən cavab oyununda Aydın Süleymanlı qələbə qazanıb. Ümumi hesabda 1,5-0,5 hesabı ilə üstün olan A.Süleymanlı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Seçilən
87
17
paralel.az

10Mənbələr