Yevlaxda ağır yol qəzası olub.
"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə alınıb.
Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov "Toyota Land Crusier" markalı minik avtomibilini aşırıb.
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.