AZ

Britaniyaya məxsus gəmi husilərin raketini vurdu

Britaniya Kral Donanmasının döyüş gəmisi Yəməndəki husi üsyançılarının atdığı raketi vurub.

KONKRET.az Birləşmiş Krallığın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, husi üsyançıları Ədən körfəzində ticarət gəmisini hədəfə alıblarmış. Kral Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisinin heyəti raketi vurmaq üçün “Sea Viper” raket sistemindən istifadə edib.

Britaniya Kral Donanması husi üsyançılarının hücumlarının qarşısını almaq üçün Qırmızı dənizdə və Ədən körfəzində dislokasiya olunub.

Seçilən
65
6
konkret.az

5Mənbələr