Bakı, 26 aprel, AZƏRTAC
İngiltərə Premyer Liqasında növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Mançester Siti" səfərdə "Brayton"la qarşılaşıb. Görüş "şəhərlilər"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Kevin De Brüyne (1 qol), Fil Foden (2 qol ) və Xulian Alvares (1 qol) vurub.
Bu nəticədən sonra xallarını 76-ya çatdıran "Mançester Siti" ikinci pilləyə yüksəlib. Turnir cədvəlinə isə 77 xalla "Arsenal" başçılıq edir.