AZ

Yunanıstan Ukraynaya “Patriot” və S-300 sistemlərini imtina edib

Yunanıstanın baş naziri “Patriot” və S-300 sistemlərini Ukraynaya verməkdən imtina etdiyini açıqlayıb...Yunanıstan Ukraynaya “Patriot” və ya S-300 zenit-raket komplekslərini ötürmək niyyətində deyil.Poliqon xəbər verir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis “Skai” telekanalına müsahibəsində bildirib. Baş nazirin sözlərinə görə, buna səbəb bu sistemlərin ölkənin hava məkanının qorunması üçün vacib olmasıdır.Baş nazir xatırladıb ki, Yunanıstan Ukraynanı müxtəlif yollarla, o cümlədən silahlarla dəstəkləyib.“Lakin biz əvvəldən demişdik ki, bizim çəkindirmə qabiliyyətimiz üçün vacib olan silah sistemlərindən imtina edə bilmərik. Bizim Ukraynaya dəstək verə biləcəyimiz artıq avadanlıqlar vardı və biz bunu etdik. Belə materialları tapa bildiyimiz zaman bunu davam etdirəcəyik”, deyə Mitsotakis bildirib.Qeyd edək ki, daha əvvəl Financial Times yazmışdı ki, Avropa İttifaqı (Aİ) ölkələri İspaniya və Yunanıstanı Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə məcbur edir. Qəzetin mənbələrinə görə, Avropa liderləri keçən həftə Brüssel sammitindən istifadə edərək məsələni İspaniya və Yunanıstanın baş nazirləri Pedro Sançes və Kiriakos Mitsotakislə şəxsən müzakirə ediblər.Poliqon.info

Seçilən
91
1
poliqon.az

8Mənbələr