Azərbaycanlı bloger Hüseyn Həsənov Bakıda zibillikdə küçük tapıb.
News24.az OLAY-a istinadla yazır ki, o, it üçün yemək və bez alış-verişi də edərək gizlincə hotelə aparıb.
Həsənov qaldığı məkanın onu içəriyə qəbul etməyəcəyini düşünərək belə bir addım atıb.
Bloger həmin anları sosial media hesabında izləyiciləriylə bölüşərək sahibləndiyi iti küçəyə atanlara ismarıc yollayıb.
“Səni zibilliyə atan insanlar indi sənin yerində olmaq istəyir”, - deyə, o, bildirib.