Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək.
NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzaladığını xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb:
“Ümid edirəm, bu beynəlxalq əlaqələrimiz imkan verəcək ki, həmrəyliyi gücləndirək. Buna böyük ehtiyac var. Bizdən maliyyə, həmrəylik və birgə məsuliyyət tələb olunur”.