AZ

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTOAprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dörd mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb.Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.“Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır”, - deyə məlumatda vurğulanıb.

Seçilən
157
22
adalet.az

10Mənbələr