Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib.Bu barədə Bakıvaxtı.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.Keçirilən tədbirlərlə kəsici-deşici alətlərin rayon ərazisində yerləşən mağazalarda satışını təşkil edən iki nəfər şəxs müəyyən olunaraq saxlanılıblar.Onlardan xəsarət yetirmək təyinatına malik xeyli sayda kəsici-deşici alət aşkar olunaraq götürülüb.Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta