Şiə “Hizbullah” partiyasının silahlı qüvvələri İsrailin şimalında Meron Hərbi Hava Qüvvələri bazasında yerləşən hava əməliyyatları və elektron müharibəyə nəzarət mərkəzini atəşə tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Livanlı yaraqlılar İsrail hərbi bazasına çoxsaylı reaktiv raket sistemindən ən azı 30 mərmi atıblar. Hadisə şahidlərinin sözlərinə görə, baza istiqamətində bir neçə partlayış baş verib.
“Hizbullah” qeyd edib ki, əməliyyat İsrailin aprelin 27-də Livanın Markaba, Sərbin və Əl-Kovza kəndlərinə hücumlarına cavabdır və burada 14 mülki vətəndaş yaralanıb.
“İslam müqavimət döyüşçüləri düşmənin Meron bazasına və yaxınlıqda yerləşən yaşayış məntəqələrinə onlarla raket <…> atıblar, hədəfə birbaşa zərbə endirilib”, – təşkilatın Telegram kanalında qeyd olunub.…>