Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi AntoniBlinkenlə telefon danışığı aparıb.
Trend-inməlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətibildirib.
Məlumata əsasən, danışıq zamanı tərəflər ikitərəfli gündəliyi vəErmənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər:
"Həmsöhbətlər Ermənistan-ABŞ ikitərəfli münasibətləriningündəliyi, aprelin 5-də Brüsseldə keçirilən görüş, o cümlədənErmənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri müzakirəediblər. Nikol Paşinyan ikitərəfli münasibətlərinintensivləşməsindən məmnunluğunu ifadə edib. Baş nazir, həmçininaprelin 5-də Brüsseldə əldə olunmuş razılaşmaların həyatakeçirilməsinin vacibliyini vurğulayaraq, bu razılaşmaların görüşünyekunlarına dair mətbuata açıqlamada ifadə edildiyini və görüşünheç bir gizli gündəminin olmadığını qeyd edib", - deyəbildirilib.
Bildirilib ki, Paşinyan danışıq zamanı “Ermənistan-Azərbaycandövlət sərhədinin demarkasiyası prosesini müsbətdəyərləndirib".