AZ

İranda daha 3 qadın ailə üzvləri tərəfindən öldürülüb

İranda qadınların hüquqlarının pozulması və qadın "namus qətlləri"nin davam etməkdədir. Məşhəd, Səbzvar və Tehran şəhərlərində daha üç qadın ailə üzvləri tərəfindən öldürülüb.

Bu barədə qadın hüquqları müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, Tehranda ailə məişət zəminində ailə başçısı həyat yoldaşı və yeniyetmə oğlunu yandıraraq qətlə yetirib.

Bununla yanaş Məşhəd şəhərində də, 17 yaşlı oğlan özündən böyük bacısını boğaraq öldürüb.

Qadın hüquqları müdafiəçilərinin verdiyi məlumata görə, Səbzvar şəhərində isə Arzu Şirxani adlı gənc qadın qətlə yetirilib.

Ailə məişət zəminində baş verən mübahisədən sonra Şirxaninin həyat yoldaşı onu baltalayaraq həyatına son qoyub.

İran hökumətinin bundan öncəki rəsmi statistikasında son 2 il ərzində 172  qadının ailə üzvləri tərəfindən öldürüldüyü qeyd edilib.

Qadın haqları fəalları öldürülən qadınların rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Qeyd edək ki, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür.  Buna görə də qatillərin sayı azalmır. 

visiontv.az



Seçilən
217
50
visiontv.az

10Mənbələr