AZ

Qırmızı dənizdə daha bir gəmiyə hücum olub - FOTO

Yəmən sahillərində gəmiyə hücum olub.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilir ki, hadisə Yəmənin Moha şəhərindən 54 dəniz mili şimal-qərbdə baş verib.

“Gəmi kapitanlarına ehtiyatlı davranmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, - deyə məlumatda bildirilir.

Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırırlar.

Xatırladaq ki, bir neçə gün öncə “Ənsar Allah” (husilər) hərəkatının üzvləri Qırmızı dənizdə Britaniyanın “Andromeda Star” neft tankerinə raketlərlə hücum etdiklərini bildirmişdilər. Elə həmin gün ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) vurublar.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının başlamasından sonra husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də hücumlara məruz qalır. Aprelin ortasında üsyançıların lideri Abdel Malik əl-Husi bildirmişdi ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının yeni eskalasiya mərhələsi başlayandan bəri ən azı hücum ediblər.

Seçilən
88
8
seher.media

6Mənbələr