Tavuşda keçirilən etiraz aksiyalarında Noyemberyan rayonunun sakinləri ilə “Yerkrapa” Könüllülər Birliyinin üzvləri arasında baş verən toqquşma zamanı UAZ markalı avtomobilin nümayişçilərin üzərinə sürülməsi ilə bağlı beş nümayişçi həbs edilib.
Avtosfer.az xəbər verir ki, İstintaq Komitəsi sürücünün hərəkətini qanuni, aksiya iştirakçılarının hərəkətlərini isə avtoxuliqanlıq hesab edib. Beş aksiya iştirakçısına qarşı cinayət təqiblərinə başlanılıb, həbs qətimkan tədbiri seçilib.
Etirazçılardan biri əmlaka ziyan vurmaqda (maşının təkərini bıçaqla kəsməkdə) ittiham olunur.
Xatırladaq ki, Tavuşda keçirilən etiraz aksiyalarında Noyemberyan rayonunun sakinləri ilə “Yerkrapa” Könüllülər Birliyinin üzvləri arasında toqquşma baş verib. Könüllülər UAZ markalı avtomobili nümayişçilərin üzərinə sürüblər və nəticədə bir nəfər xəsarət alıb.