AZ

Azərbaycanın qadın voleybol millisi Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

Bakı, 29 aprel, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasının hazırlıqlarına start verib.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu gün baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.

Yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verən yığmanın çalışdırıcısı Faiq Qarayev aprelin 30-dan məşqlərə start veriləcəyini bildirib. O qeyd edib ki, ilkin mərhələdə fiziki və topla məşqlər olacaq. Daha sonra komandanın təlim-məşq toplanışına yollanacağını, həmçinin yoxlama oyunlarının keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Seçilən
202
31
azertag.az

10Mənbələr