Azərbaycanın qadınlardan ibarət voleybol millisi Qızıl Avropa Liqasının hazırlığına başlayıb.
Futbolinfo.az xəbər verir ki, bu gün yğmanın baş məşqçisi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Qarayev komandaya Qızıl Avropa Liqasında uğurlar arzulayıb. Yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verən mütəxəssis aprelin 30-dan fiziki və topla məşqlərə start veriləcəyini deyib. Daha sonra komandanın təlim-məşq toplanışına yollanacağını, həmçinin yoxlama oyunlarının keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.