Şəmkirdə sürücünün idarəetməni itirməsi nəticəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan BMW markalı minik avtomobili yoldan çıxaraq dəmir ara kəsməyə çırpılıb.
Qəza nəticəsində maşının sürücüsü, rayonun Mahmudlu kənd sakini 1985-ci il təvəllüdlü Aslan Kirov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu