Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili bildirib ki, Gürcüstan 2030-cu ildə Avropa İttifaqına daxil olacaq.
Editor.az xəbər verir ki, bu barədə ölkənin milli televiziyanın saytı məlumat yayıb. Tbilisidə parlament binası qarşısında keçirilən mitinqdə çıxış edən İvanişvilinin fikrincə, azad, müstəqil, suveren, vahid və Avropa İttifaqına inteqrasiya olunmuş Gürcüstan Gürcüstanın mütləq gerçəkləşəcək arzusudur. Siyasətçi söz verib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək və 2030-cu ildə Aİ-yə üzv olacaq.
İvanişvili gürcü xalqının özünəməxsus tarixi və adət-ənənələrinə xüsusi diqqət çəkərək Gürcüstanın Avropa İttifaqına üzvlüyünün yalnız bu unikal milli ənənələrlə məna kəsb edə biləcəyini vurğulayıb.
//Gülnarə Abasova, Editor.az