AZ

ABŞ Qırmızı dənizdə husilərə məxsus pilotsuz təyyarəni vurub

ABŞ ordusu husilərin Qırmızı dənizdə ABŞ-ın "USS Philippine Sea" və "USS Laboon" gəmilərinə doğru atdığı pilotsuz uçuş aparatını  vurub. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı  "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, bundan əlavə, husilər Malta bayrağı altında üzən Yunanıstanın “Cyclades” gəmisinə üç ballistik raket və üç pilotsuz təyyarə atıblar. "CENTCOM" -un məlumatına görə, gəmi və ekipaj xəsarət almayıb.

Xatırladaq ki, daha əvvəl Yəmənin Ənsar Allah hərəkatından olan husilərin Qırmızı dəniz və Hind okeanında iki ticarət gəmisinə hücum etdiyi bildirilmişdi.

Havar Şəfiyeva 

Seçilən
228
31
yeniazerbaycan.com

10Mənbələr