AZ

İqtisadiyyat Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyasının İdarə Heyətinin sədri Mirziyod Yunusov və “Artel” və “AKFA” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.

Tərəflər elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.

Fuad Mədətov
Fins.az

 

Seçilən
202
50
fins.az

10Mənbələr