Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.
Sportinfo.az xəbər verir ki, birinci oyunda "Bavariya" və "Real" üz-üzə gələcək.
Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar "Arsenal"a qalib gəlibsə, "Kral klubu" "Mançester Siti"dən güclü olub.
"Allianz Arena"da keçiriləcək matç saat 23:00-da başlayacaq.
Mayın 1-də yarımfinal mərhələsinin digər oyununda "Borussiya" Dortmundda PSJ-ni qəbul edəcək.
30 aprel
23:00. “Bavariya" (Almaniya) - “Real” (İspaniya)
Baş hakim: Klement Turpin (Fransa).
Münhen, “Allianz Arena” stadionu.