AZ

Azərbaycanlı milyarder yeni şirkətlər yaradır

Teymur Əhmədov adına "AzNar” QSC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.



İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 14-də keçirilməsi nəzərdə tutulub.Növbəti illik ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:- "AzNar” QSC-nin 2023-cü il üçün illik maliyyə hesabatlarının müzakirəsi.- "AzNar” QSC-nin 2023-cü maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi.- "AzNar” QSC-nin restrukturizasiyası və yeni törəmə cəmiyyətlərinin, təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlərin müzakirəsi.Qeyd edək ki, "AzNar"2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur. "AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.Teymur Əhmədov adına "AZNAR” QSC "Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.

Seçilən
178
2
yenilik.az

2Mənbələr