AZ

Sabir Əliyev: “Sənət aləmində bilinmir müğənni kimdir, kloun kimdir” – VİDEO 

“Bugünkü gün musiqi sənətində aləm dəyib bir-birinə. Bilinmir müğənni kimdir, kloun kimdir, kim bayırdan gəlib, kim yuxarıdan düşüb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sabir Əliyev qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, peşəkarı qeyri-peşəkar ifaçıdan fərqləndirmək üçün televiziyada senzura olmalıdır:

“Bir çox müğənnilər muğamı bilmirlər. Şəxsən mən musiqinin ali savadını almışam, peşəkar müğənniyəm və muğamı da çox gözəl bilirəm. İndi istənilən bir insanı səsyazma studiyasına aparıb müğənni etmək mümkündür. Necə? Səs rejissoru səsləri elə gözəl düzəldə bilər ki... Onda onunla mənim fərqim nə olacaq? Siz onu da efirə çıxarın, məni də... Mən savadlı bir ifaçı, o da bayırdan keçib, səsyazma studiyasına girib pul verərək mahnı oxuyan. Bax, belə aləm dəyir bir-birinə. Ona görə də televiziyadan çox məsələlər asılıdır. Televiziyada senzura olmalıdır ki, peşəkarı qeyri-peşəkardan ayırsın və efirdə də peşəkar ifaçının təbliği getsin. Əgər bu kimi məsələlər öz həllini tapsa, o zaman bir çox ölkələrdə də bizim savadlı ifaçılarımız tanınacaq”. 
 

Rəşad Əliyev, Bizim.Media
Seçilən
113
50
bizim.media

10Mənbələr