AZ

Bakı sakinini dayanacaqda qarət etdilər

Bakıda dayanacaqda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə hadisə Nizami rayonu ərazisində baş verib.

Dayanacaqda bir nəfər şəxsin içərisində 4000 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub. 

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Adəm Əhmədov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
294
5
milli.az

10Mənbələr