AZ

Azərbaycanda təkcə bu orqana görə 400 xəstə gözləyir


“Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda, qanunvericiliklə canlı donordan sümük iliyi köçürülməsinə də icazə verilir”.


"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

“Böyrəklə bağlı400 müraciət var,müraciətlərin çoxluğu tək Azərbaycanda deyil, bütün ölkələrdə belədir.

Azərbaycanda ikinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələridir. Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyan xəstələrin sayı da kifayət qədərdir. Bundan əlavə, Mərkəzə ağciyər, ürək, gözün buynuz qişası kimi orqanların transplantasiyası əməliyyatına ehtiyac duyan şəxslər də müraciət etməkdədir”.

MEDİCİNA.AZ

Seçilən
279
15
medicina.az

10Mənbələr