“Bavariya” klubunu yeni mövsümdən etibarən almaniyalı mütəxəssis çalışdıracaq.
Yenicag.az xəbər veri rki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Fabrizio Romanonun məlumatına görə, Ralf Raqnik Almaniya klubu ilə şəxsi razılığa gəlib və müqavilənin şərtlərini son dəfə nəzərdən keçirmək istədiyini bildirib.
Almaniya mediası təcrübəli mütəxəssisin müqaviləni bu həftənin sonunadək imzalayacağı barədə xəbərlər yayıb.
Qeyd edək ki, Ralf Raqnik son olaraq Avstriya millisini çalışdırıb./Oxu.az/