Korporativ Sosial Məsuliyyət sahəsini daim prioritet kimi nəzərdə saxlayan “Qala Sığorta” Şirkətinin hazırkı layihəsi “ASAN Könüllüləri” təşkilatı vasitəsilə həyata keçiriləcək. “ASAN Xidmət” konsepsiyasının tərkib hissəsi olan təşkilatın 10-dan çox layihəsnin böyük hissəsini “Qala Sığorta” maliyyələşdirəcək.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Fins.az-a verilən məlumata görə, “Qala Sığorta” Şirkəti 01 may 2024-cü il tarixində sözügedən layihələrlə bağlı “ASAN Könüllüləri” təşkilatı ilə anlaşma memorandumu imzalayıb.
İmzalama mərasimində “Qala Sığorta” Şirkətini, cəmiyyətin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov, “ASAN Könüllüləri” təşkilatını isə, təşkilatın sədri Anar Musaev və eyni zamanda hər iki təşkilatın nümayəndə heyəti iştirak edib. Bununla da “Qala Sığorta” Şirkəti korporativ sosial məsuliyyət proqramı çərçivəsində gənclərin və uşaqların hərtərəfli inkişafı, onların məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsi, həmçinin dünyagörüşü, fiziki və mənəvi sağlamlığının artırılması istiqamətində əhəmiyyətli layihələrin həyata keçirilməsinə start verir.
Xatırladaq ki, cəmiyyət 2015-ci ildə yenidən təşkil olunaraq “Qala” brendi altında yeni biznes strategiyası ilə müasir sığorta bazarının tələblərinə uğurla inteqrasiya etməklə yanaşı, dövrün tələbi olan sosial çağırışlara da biganə qalmır.
Fuad Mədətov
Fins.az