Facemark.az Rafiq Hunaltayın "Terminoloji inflyasiya" haqqında köşə yazısını təqdim edir!


Laura Empsonun Oxford kitabxanası tərəfindən yayımlanan bir kitabında maraqlı bir şərhə rast gəldim – TERMİNOLOJİ İNFLYASİYA

Nədir terminoloji inflyasiya?! Əksərən mahiyyət eyni qalmaqda eyni predmetə fərqli, yeni termin əlavə etməkdir. Əvvəlki terminlər isə müəllifin dili ilə desək, “köhnəlir”, “terminoloji inflyasiyaya” uğrayır. Hətta bu şərhə yüksək elmi müstəvidə rast gəldiyim üçün, əvvəllər nisbətən çəkinə-çəkinə dediyim bir sözü, indi daha inamla ifadə etmək istərdim: Agile falan söz oyunudur, bildiyimiz şeyə bir az daha havalı ad qoymaqdan başqa bir şey deyil. Bir vaxtlar yazmışdım ki, normal iclas edib qərar ala bilməyən şirkətlər var ki, dindirsən deyir, bizdə agile idarəetmə var, amma agile işin harasındadır bilmək olmur.


Yenə bir vaxtlar yazdığım ifadəni təkrarlamaqda fayda var: ???????????????????????? ????????????????????????????ə???????????? ????????????????ə????????????????????ə???????? ????????̈????????̈????????ə ????????????ı????ı????????ı???? ????????????ə????????????????ə, ????ə???????????????? ????ə ????????????????. ???????????????????????????? ????????????????????????, ???????????????? ???????????????????????? ????????????????????ı????ı????, ???????????????????? ???????????? ???????????????????????? ????????????ı????????????????ı, ???????????????? ???????????????????? ????????ə ????????????ı????????ı????̧ ????????????????????????????ə????ə ????????????̆???????? ???????????????? ???????????????????????????? ????????????????ə????????????ə????????????????????. Bu ardıcıllığı pozanda ortaya süni bir şey çıxır. Biznes məntiqi olmayan prosesdə hansısa şöbənin qabağına AGİLE yazanda dönüb agile olmur.


Terminoloji inflyasiyanı başqa bir misal üzərindən də izah edək; Biz universitetdə oxuyanda ticarət kitabları bir anda dönüb marketinq olmuşdu. Hətta universitetdə ticarətə aid bir neçə kitabı olan müəllim, 1 il sonra marketinqə dair qalın bir kitab yazmışdı. İçi amma daha çox ticarət sözü idi. Sanki ticarət sözünü marketinqlə əvəz etmişdilər. Marketinq müasir termin idi, o dövrdə isə adına təbliğat-təşviqat falan deyib yola verirdilər. İndi idarəetmə, menecment, liderlik anlayışları da çox qarışıb. Müəssisənin idarəedilməsi deyiləndə köhnə bir şey, menecment deyiləndə sanki təzə bir termin, təzə bir nəsnə olduğu təəssüratı yaranırdı. Bir sözlə, yeni terminlər çıxır, köhnə terminlər isə bu yenilərlə əvəzlənir. Əksər vaxt mahiyyət eyni qalsa da, yeni terminlər daha “cool” göründüyünə görə diqqət çəkir. Həqiqətən də uzun müddət idarəçilik əvəzinə liderlik terminini gətirib xeyli kitab sata bilmişdilər. Oxuyurdun baxırdın ki, içi aşağı-yuxarı eynidir. Digər sahələrdə də bu yanaşmanı görmək olar. Məsələn, ictimaiyyətlə əlaqələr çevrilib olub korporativ əlaqələr, daxili kommunikasiya. Personal idarəetməsi çevrilib insan resursları idarəetməsi və s. Həqiqətən də universitet vaxtı o qədər terminin izahını əzbərlədiyimiz üçün nə qədər səhv etdiyimizi indi anlayıram. Bir şey ki, vahid tərif anlayışı yoxdur. Mövzuya aid olmasa da haşiyə çıxım ki, biz oxuyan vaxt “iqtisadi islahatlar” dərsimiz var idi, orada yaxşı oxuyan tələbə hansı qanunun hansı vaxt və bəzən neçənci oxunuşda qəbul edildiyini bilənə deyirdilər. İndiki uşaqlar da dərsin yeni metodlarla tədrisindən falan danışır, daha doğrusu gileylənir. ???????????????????? ????ə???????????? ????ə????????????ə????ə???? ????ə ????????????̧???????? ????????̈????????????̈????ə ????ə????????????????̈???? ????????????????????̧????????. ???????????? ????????????ə ????ə???????? ????????????ə ????ə???????????? ????????????̧????????????????????????????.


Odur ki, əziz dostlar, təlimlərdə, tədbirlərdə pafoslu ifadələrdən yararlanan çox adam öz şirkətində fərqli idarəetmə tətbiq edir, ona görə yox ki, yalan danışır, ona görə ki, O özü də görür ki, işləyən mexanizm danışdığı kimi deyil, başqa cürdür.

Əlqərəz, kökü olmayan iş su üstündə yazı kimidir. Köklü işlər görək, biz olmasaq da, tarix və kapitalist sistem ona bir ad verib sizi fortune500-ə falan salacaq, adınızdan kitab dərc edib, universitetlərdə tədris edib pul qazanacaq. O vaxt öz tikdiyiniz özünüzə möcüzə gəlsə, təəccüblənməyin.


P.S. Mənbə: Laura Empson – “Leading Professionals: Power, Politics and Prima Donnas”