ABŞ Dövlət Departamenti bildirib ki, Çin 2023-cü ilin noyabrında nüvə silahlarına nəzarət üzrə ABŞ ilə əlavə danışıqları davam etdirməkdən imtina edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Semafor” nəşri məlumat yayıb.
“Təəssüf ki, ÇXR növbəti iclası rədd etdi və təqdim etdiyimiz variantlara mənalı cavab vermədi”, – Dövlət Departamentinin sözçüsü portala bildirib.
Onun sözlərinə görə, Ağ Ev danışıqlarda Çin və ABŞ arasında nüvə silahının yayılmaması üzrə əməkdaşlığı gücləndirməyi, ballistik raket sınaqları üçün xəbərdarlıq sisteminin yaradılmasını, həmçinin kosmosda gərginliyin azaldılması üçün tədbirlər görməyi təklif edib.