AZ

Xronika: 300 min azərbaycanlının qayıdışı – İrəvan kuluarlarında nələr müzakirə edilir?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “İlham Əliyev Ermənistandan daha nələri tələb edəcək?” adlı süjetdə 10 minə yaxın şagirdin iştirakı ilə baş tutan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının Ermənistan mediasının əsas gündəm mövzusuna çevrildiyi, bu olimpiadanın məqsədinin yeni nəslin diqqətini Qərbi Azərbaycana yönəltmək, onun tarixinin öyrənilməsini təşviq etmək olduğu bildirilir.

Qeyd olunur ki, olimpiadanın erməni ictimai rəyinin yönləndirilməsinə səbəb olub və Ermənistanın siyasi arenasına ciddi təsir edib: “Birbaşa təhsillə bağlı olan və heç bir siyasi məqsəd daşımayan olimpiadanın Ermənistanda bu qədər narahatlıq yaratması təsadüfi deyil.

Azərbaycanın Qarabağ zəfərindən sonra Qərbi Azərbaycana qayıdışın aktuallaşdığını yaxşı anlayırlar. Məhz bu reallığın qarşısını almaq üçün Ermənistan hakimiyyətinin devrilməsini istəyirlər. Çünki hazırkı hakimiyyət sülh danışıqlarından yanadır və gündəlikdəki əsas mövzulardan biri azərbaycanlıların sivil və təhlükəsiz qaydada öz tarixi yurdlarına qayıdışıdır”.

Diqqətə çatdırılır ki, Ermənistan mediası İrəvanın hakim kuluarlarında azərbaycanlıların qayıdışı məsələsinin artıq müzakirə edildiyini yazır: “Bu yazılar bir daha təsdiq edir ki, rəsmi Bakı ilə İrəvan arasındakı danışıqlarda azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdışı əsas müzakirə mövzularından biridir. Qazaxda kəndlərin qaytarılmasından sonra yaranmış ictimai narazılıq fonunda məsələ yenidən gündəmə gəlib və qayıdış məsələsinin reallıq olduğunu ermənilər yaxçı anlayırlar. Erməni türkoloq, politoloq, kartoqraf və jurnalistlər hakimiyyəti tənqid edərək bildirirlər ki, istənilən güzəşt İrəvana, Zəngəzura qədər yeni tələblərə zəmin yaradacaq. Artıq yenilənmiş Qərbi Azərbaycan xəritəsi var. Nikol hakimiyyətdə qalarsa, Ermənistan Qərbi Azərbaycana çevriləcək. Qarabağdan gələn ermənilər də rəsmi Bakının icazəsi ilə Qərbi Azərbaycanda yaşayacaqlar. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması Prezident İlham Əliyevin növbəti tələbinin nədən ibarət olduğunu göstərir. Növbəti mərhələdə anklav olan 4 kənd qaytarılacaq, sonra Zəngəzur (Sünik) Azərbaycana təhvil veriləcək. Sonda isə Ermənistan yox olacaq”.

Sonda vurğulanır ki, Ermənistanda ictimai müzakirələri formalaşdıran, hər şeyi diktə edən tərəf Azərbaycandır: “Rəsmi Bakının diktə etdiyi məsələlərdən biri isə azərbaycanlıların tarixi torpaqlarına qayıdışır. Erməni millətçilər məhz bunun baş verəcəyini bildikləri üçün təşviş keçirirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet mayın 2-də sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.



Seçilən
179
8
ekologiya.az

10Mənbələr