AZ

Gözaltı torbalarına təbii çarə - Bahalı kremlərə gərək yox imiş

Bir çox insan gözaltı torbalarından əziyyət çəkir.

Yenisabah.az xəbər verir ki, mütəxəssislər bu torbaların rejimsiz yuxu, stress, genetik faktorlar və xarici faktorlara görə meydana gəldiyini bildirirlər. Ancaq bunları aradan qaldırmaq üçün bir sıra təbii müalicə üsulları var.

Mütəxəsisslər gözaltı torbaları yox etmək üçün insanların ilk ağlına gələnin kremlər olduğunu bildirib, lakin kremlərdən uzunmüddətli istifadə daha zərərlidir.

Bunun əvəzinə təbii üsullardan istifadə edərək qısa müddətdə gözaltı torbalardan xilas ola bilərsiniz.

Məsələn, şirin badam yağı qısa müddətdə gözaltı torbalardan tamamilə qurtulmağa kömək edir. Badam ləpəsindən əldə edilən şirin badam yağı dərini dərindən nəmləndirərək quruluğu aradan qaldırmağa kömək edir. Həmçinin, dəri altında kollagen istehsalını dəstəkləyərək dərini qidalandırır.

Bu yağ E vitamini ilə zəngindir. İstifadə etmək istəyənlər bir neçə damcı badam yağı götürüb nazik təbəqə şəklində göz altı nahiyəsinə çəkə bilərlər.

Şeyla Səmiyeva


Telegram kanalımız
Seçilən
89
3
yenisabah.az

4Mənbələr