AZ

Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir

Bakı. Trend:

Parlaq Bankçılıqda karyera qurmaq istəyən tələbə və yeni məzunolmuş gənclər üçün əla fürsət! Yelo Bank nəhayət ki, çox gözlənilən“Summer Challenge 2024” təcrübə proqramına qeydiyyatı açıq elanedir.

İştirakçılar müasir Agile metodologiyasının tətbiq edildiyikorporativ mühitdə yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı,proqramı uğurla başa vurduqdan sonra Yelo Bank-da iş imkanı əldəedə biləcəklər. Namizədlər aşağıdakı keyfiyyətlərə görədəyərləndiriləcəklər:

- Təşəbbüskarlıq və öyrənmə həvəsi;
- Pozitiv və kreativ düşüncə;
- Analitik və tənqidi düşüncə;
- Komandada işləmək bacarığı.

İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara əsasən 2-3 ayərzində İnsan Kapitalının İdarəedilməsi, Alternativ Kanallar iləSatış, Mühasibatlıq və Mütləq hesabatlılıq, Proqram Təminatınınİnkişafı, Brendin İdarəedilməsi, Risklərin İdarəedilməsidepartamentləri və Bankın filial şəbəkəsində təcrübəkeçəcəklər.

Müraciət etmək istəyənlər 25 may, 2024-cü il tarixinədək aşağıdakılinkdə qeydiyyatdan keçməlidirlər: http://bit.ly/44unQdg

Seçilmə şansını daha da artırmaq istəyirsinizsə, “Nəyə görə mən vəYelo?” mövzusunda maksimum 90 saniyəlik video çəkərək Google Drivelinkini [email protected] ünvanına “Summer Challenge2024” mövzusu ilə göndərə bilərsiniz. Yerlər məhduddur, bu şansdanyararlanmağa tələsin. Bütün namizədlərə uğurlar!

Yelo Banktəcrübə proqramı haqqında əlavə sualınız var? O zaman 981nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Seçilən
105
8
az.trend.az

8Mənbələr