Yaşıl mərciməyi qaynatdıqdan sonra suyunu atmaq lazım deyil. Qida mütəxəssisləri həmin sudan müxtəlif məqsədlər üçün istifadə etməyin mümkün olduğunu deyirlər.
Mərciməyin ehtiva etdiyi vitamin və mineralların çox hissəsinin həmin suya keçdiyi bildirilir.
Yaxşı bitki zülalı mənbəyi olan mərcimək ət istehlakını əvəz edir. İdmanla məşğul olanlar, əzələlərini gücləndirmək istəyənlər və ya sağlam qidalanmağa çalışanlar üçün yaşıl mərciməyin həm özündən, həm də suyundan maksimum yararlanmaq tövsiyə edilir.
Mərciməkdə dəmir var, ona görə də bu qidanı yeməklə dəmir qəbulunuzu artıra və özünüzü daha enerjili hiss edə bilərsiniz.
Aşağı qlisemik indeksə sahib olan mərcimək ani dalğalanmalara səbəb olmadan qan şəkərinizi balanslı saxlaya bilər. Beləliklə, ürək-damar xəstəlikləri riskini azaldar.
Mərcimək suyu beyin funksiyalarının daha yaxşı işləməsində köməkçi rol oynayır. Eyni zamanda həzm sistemi də effektiv işləyəcək.
Necə istifadə etməli?
Yaşıl mərciməyi qaynatdığınız suyu şorbalara əlavə edə bilərsiniz. Bu suyu müxtəlif souslar hazırlayarkən istifadə etmək olar.
Həmçinin makaron və ya düyü bişirərkən adi su əvəzinə mərciməyin suyundan istifadə edə bilərsiniz.
Mərcimək suyu necə mühafizə edilməlidir?
Mərciməyi bişirdikdən sonra suyunun otaq temperaturuna gəlməsini gözləmək lazımdır. Sonra həmin suyu süzgəcdən keçirərək köpük və nişasta qalıqlarını təmizləməlisiniz. Hava keçirməyən qaba töküb 1 həftə soyuducuda saxlaya bilərsiniz.//Medicina.az