Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:
"Məni Xoşqədəmin proqramına dəvət etdilər. Mən də hesab atdım ki, bu qədər göndərsəniz, gələrəm. Göndərdilər, mən də getdim. Proqramdan bir gün əvvəl əlilliyi olan uşaqları görməyə getdik. Xoşqədəmin uşaqlara olan münasibəti mənə heyran etdi. Çox ürəkdən, səmimi idi. Canlı yayımı etdik. Verilişdən çıxandan sonra Xoşqədəmə "Sən mənimlə evlən" dedim. "Manyaksan, niyə səninlə evlənim?" deyə, cavab verdi. Söylədim ki, "Evlən də, nə olacaq ki?" Eləcə aramızda zarafat etdik. "Evlənmək elə o dəqiqə olur ki" deyə, soruşdu. 6 ay normal yazışdıq.
Sonra konsert olduğunu və gələ bilib-bilməyəcəyimi soruşdu. "İşim budur, niyə gəlməyim?" dedim. Komandamla yenə getdik Bakıya. Konsertdən 3 gün əvvəl çatdıq. Bir gün əvvəl də Azərbaycan şəhid verdi. Dedim ki, "Həyatda bu konsertdə çıxış etmərəm. Türkiyə, ya Azərbaycan nə fərqi var? Şəhid olan bir yerdə atdanıb-düşüb, göbək atıb, rəqs edəcəyik?" Pulu da vermişdilər, məşqlərə getdim. Xoşqədəm soruşdu ki, məşq etmirsiniz, axşam konsert var. Dedim, "Nə konsert, xəbərləri izləmirsən? Harada yaşayırsan sən? Konsert verə bilmərik". Ağlayıb boynuma sarıldı. Soruşdu ki, "Mənə evlənmə təklifi etmişdin, keçərlidir?" "Keçərlidir" deyə cavab verdim. "Onda qəbul edirəm" söylədi .O qədər vətəninə-millətinə bağldır ki, bunu izah edə bilmərəm. Beləcə evliliyə ilk addımızı atdıq. Dedilər 3 ay sonra bunlar boşanar. Sonra 6 ay, 1 il olmaz, 2 ilə dəqiqdir boşanacaqlar. 2 oğlum oldu. Məni idarə etməyi bildi, sağolsun. Çünki çətin adamam. Ailədə yaşamamış biri nə qədər ailəyə bağlı ola bilər ki? Məni bu mövzuda düzəltdi".
Doğuş iş təklifi aldıqları üçün Azərbaycanda yaşamağı seçdiklərini açıqlayıb:
"İkimizə də Azərbaycanda telekanaldan birlikdə aparıcılıq edərsiniz deyə, iş təklifi gəldi. Əvvəlcə istədi köçək, sonra dedi ki, Azərbaycandan ayrıla bilmərəm. O zaman mən səninlə gəlim dedim. Sonra mənim də Azərbaycanda işlərim oldu. Türkiyədə də evimiz var. İşlərim olanda gəlib həll edirəm. Beləcə bir-birimizi idarə edirik. Azərbaycan vətandaşlığım yoxdur, amma yaşamaq üçün icazəm var. Oranın vətəndaşı olmaq çətindir".
Müğənni övladlarından da söhbət açıb:
"İkisi də yaxşı pianino çalır, amma biri normal deyil. Elə bil ki, Allah mənim bütün musiqi aləmimi alıb ona hədiyyə edib. O, çalanda inana bilməzsən ki, belə bir şey ola bilər. 8 yaşı var, barmaqlarını görə bilmirsən çalanda. Ona ölürəm".
Qeyd edək ki, cütlüyün əkiz oğulları var.
BiG.Az