AZ

Pavlyuk: “Rusiyanın Xarkov və Sumını işğal etmək planı var”

Rusiyalıların əslində iki şəhərin – Xarkov və Sumının işğal edilməsi planları var. Lakin Ukrayna ordusu bu planların nə dərəcədə ciddi olduğunu bilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” qəzetinə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-leytenant Aleksandr Pavlyuk danışıb.
“Kəşfiyyat xidmətlərimiz deyir ki, rusiyalıların həqiqətən də Xarkov və ya Sumını ələ keçirmək planı var, lakin biz bu planların nə dərəcədə ciddi olduğunu və əllərindəki qüvvələrlə onları həyata keçirə biləcəklərini bilmirik”, – general-leytenant Pavlyuk bildirib.
Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi Ukraynanı bir millət kimi məhv etməkdir. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanının fikrincə, rusiyalılar təkcə Donetsk və Luqansk vilayətlərini deyil, həm də Zaporojye vilayətini ələ keçirməyi planlaşdırır.
“Ancaq 2022-ci ildən bəri onlara belə bir fürsət vermədiyimiz üçün hesab edirik ki, rusiyalıların bu il qarşısına qoyduğu məqsədlər Donetsk və Luqansk vilayətlərinin, əgər uğur qazanarsa, Zaporojye vilayətinin tam işğalıdır”, – Pavlyuk bildirib.
Seçilən
295
21
tribunainfo.az

10Mənbələr