AZ

Braziliyanın cənubunda daşqınlar 29 nəfərin həyatına son qoyub

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 60 nəfər itkin düşüb. Bu barədə CNN Brasil dövlət orqanlarına istinadən məlumat yayıb. Burada 150-dən çox şəhər təbii fəlakətdən zərər çəkib.

QHT.az xəbər verir ki, pis hava 10 milyona yaxın sakinin yaşadığı bu ştatın 50 bələdiyyəsinə təsir edib. Yağışlar davam etdiyi üçün ən azı 10 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. 500 mindən çox ev su, 300 mindən çox ev işıqsız qalıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
167
3
qht.az

10Mənbələr