Bakcell Fəvvarələr Meydanında yeni brend kimliyinə uyğun innovativ mağazasını təqdim etdi. Mayın 3-dən etibarən faəliyyətə başlayan mağazanın açılışında Bakcell-in süni intellekt dəstəkli insanabənzər robotu Ardi iştirak edib.
Yenilənmiş mağaza üstün xidmət mərkəzi olmaqla birgə müasir müştəri yanaşmasını sərgiləyən "high-tech" təcrübə məkanıdır. Belə ki, mağaza müştərilərə yüksək keyfiyyətli xidmətlərlə yanaşı, oyun həvəskarları üçün VR zona, yeni nəsil texnologiya aləti Apple Vision Pro və rəqəmsallaşdırılmış monitorlar da təqdim edir.