"Zülalla zəngin qidalar yeyərək maddələr mübadiləsinin sürətini artıra və arıqlamağı asanlaşdıra bilərsiniz".
Day.Az Milli.Az-a istinadən bildirir ki, bunu rusiyalı diyetoloq Marina Kopıtko deyib.
Zülal məhsulları (yumurta, ət, paxlalılar, su), B qrup vitaminlər (kəpək, taxıl, püstə), ədviyyatlar (keşniş, darçın, paprika, istiot) maddələr mübadiləsinin sürətini artırmağa kömək edir. Ancaq bunun üçün təkcə qidalanma kifayət deyil: fiziki fəaliyyət də lazımdır - müntəzəm məşq etmək və gündə 10-12 min addım atmaq.
Həkim əlavə edib ki, mədə-bağırsaq xəstəlikləri olan insanlar ədviyyatlara qarşı son dərəcə diqqətli olmalıdırlar, çünki onlar qastrit, xora, xolelitiazın (öd kisəsində daş) kəskinləşməsinə səbəb ola bilər.