Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları açıqlanıb.
Bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsili pillələrində yeni təhsil proqramlarının (ixtisasların) açılması məsələlərini tənzimləyir.
Yeni təhsil proqramının (ixtisasların) açılması aşağıdakı hallara şamil edilir:
- təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların təsnifatına (bundan sonra təsnifat) yeni ixtisasın əlavə olunmasına;
- təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində (bundan sonra-təhsil müəssisəsi) ilk dəfə tədrisə başlanılmasına;
- təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə;
- təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə.
Qeyd edək ki, qaydalar Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2024-cü il 2 may tarixli qərarı ilə təsdiq edilib.