AZ

"Liverpul"un əfsanəsi Salahı tənqid etdi: "Çətin anlarda yoxa çıxır"

"Liverpul"un keçmiş futbolçusu və sabiq baş məşqçisi Qrem Suness Məhəmməd Salahı tənqid edib.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Mersisayd klubunun misirli futbolçusunun çətin anlarda yoxa çıxdığını söyləyib: 

"Vəziyyət çətinləşəndə və başqa oyunçu ona təzyiq edəndə Salah meydanda yoxa çıxır. Keçən mövsüm “Old Trafford”da “Mançester Yunayted”ə qarşı matçda Lisandro Martinez əvvəldən ona meydan oxudu və Salah oyunun qalan hissəsində görünmədi. Salah oyunun bu tərəfini bəyənmir. Bu yaxınlarda “Atalanta” və “Everton”la matçda da eyni şey oldu. “Liverpul”un oyunçusu kimi “Everton”a qarşı bacardığınız qədər mübarizə aparmağa borclusunuz, amma Salah bunu etmədi".

Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Bu mövsüm 31 yaşlı hücumçu bütün turnirlərdə 41 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib.

70 yaşlı mütəxəssis futbolçu karyerası ərzində “Tottenhem”, “Monreal”, “Midlsboro”, “Liverpul”, “Sampdoriya”, “Reyncers” klublarında oynayıb. O, 1978-1984-cü illərdə Mersisayd klubunda 247 oyun keçirib və 38 qol vurub. Şotlandiyalı məşqçi kimi isə “Reyncers”, “Liverpul”, “Qalatasaray”, “Southempton”, “Torino”, “Benfika”, “Blekbern”, “Nyukasl” klublarında çalışıb.

Seçilən
254
35
sportal.az

10Mənbələr