AZ

Adil Şükürov “Sumqayıt”ın davranışından narazı qalıb

“Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXIII turunda heç-heçə oynayan “Kəpəz”in baş məşqçisi baş məşqçisi Adil Şükürov deyib.

Gənc mütəxəssis “Sumqayıt”la 1:1 hesablı nəticəni şərh edib: “Oyun ağır oldu. Bunu gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Futbolçular mübarizlik göstərdi. Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdir. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər”.

Adil Şükürov “Sumqayıt”ın ehtiyat oyunçular skamyasının davranışından narazı qalıb: “Stressin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Bizə qıcığı "Sumqayıt" verdi. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”.

Qeyd edək ki, hesabında 35 xal olan “Kəpəz” 8-ci pilləyə yüksəlib.

İdman.biz

Seçilən
161
2
idman.biz

9Mənbələr