Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Rusiya Federasiyasında axtarışa verilib.
Ednews xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Ukraynanın 5-ci prezidentinin Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.
Qeyd edək ki, bu gün həmçinin Ukrayna prezidenti Volodimir Zelenski də Rusiya Federasiyasında axtarışa verilib.