“Ukrayna prezidenti axtarışa verilib, Rusiyada heç kim Vladimir Zelenski ilə danışıqlara getməyəcək”.
“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın İctimai Palatasının komissiya sədri Vladimir Roqov deyib.
O keçmiş prezident Pyotr Poroşenkonun da barəsində axtarış elan edildiyini xatırladıb. Bildirib ki, rəsmi Moskva bu şəxslərə heç bir məsələdə güzəşt etməyəcək.