Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.
Mərkəzdən Yenisabah.az-a verilən məlumata görə, imtahanların keçirilməsi üçün, ümumilikdə altı imtahan binası, 15 imtahan rəhbəri, altı ümumi imtahan rəhbəri, 122 nəzarətçi-müəllim, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və altı bina nümayəndəsi ayrılıb.
Mayın 6-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələri yaxın iki-üç gün ərzində elan olunacaq.
Telegram kanalımız