"Sos Media AZ" "Satınalma üzrə menecer" vakansiyası elan edir.
Fins.az xəbər verir ki, SOSMEDIA” Agentliyi, yeddi ildir 20 milyondan çox abunəçisi olan YouTube kanallarının işə salınması, idarə edilməsi və inkişaf etdirilməsi ilə məşğul oluruq. 6 qızıl və 15 gümüş YouTube mükafatımız var. Biz 100 mindən 5 milyonadək abunəçisi olan müxtəlif sahələrdə və yaş auditoriyalarında bir neçə kanal üzərində işləyirik.
Vəzifə öhdəlikləri:
- Şirkət rəhbərliyinin sorğuları əsasında malların vaxtında satın alınmasının təmin edilməsi;
- Etibarlı təchizatçıların axtarışı;
- Şirkətin maraqlarına uyğun təchizatçılarla kommersiya danışıqlarının aparılması;
- Təchizatçılardan daxil olan informasiyaya operativ reaksiyanın verilməsi və onu Şirkət rəhbərliyinin diqqətinə çatdırılması;
- Aylıq satınalma planının tərtib edilməsi;
- Satınalmaların statistik məlumatlarının təhlili, cari və gələcək dövrlər üçün materialların mövcudluğu və tələbatının müəyyənləşdirilməsi;
- Şirkətin iş reqlamentinə uyğun olaraq işin yekunlarına dair hesabatların verilməsi;
- Təchizatçıların təkliflərini, qiymət səviyyəsini, satış bazarının inkişaf perspektivlərini öyrənmək üçün marketinq tədqiqatlarının təmin edilməsi;
- Şirkət rəhbərliyindən sifarişlərin qəbulu və işlənməsi, məhsulların satın alınması ilə bağlı zəruri sənədlərin rəsmiləşdirilməsi;
- Çeşiddəki bütün dəyişikliklər, qiymətlərin artması və azalması, habelə zəruri məhsulların alınması müddəti barədə Şirkət rəhbərliyinin məlumatlandırılması;
- Qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün şirkətin bölmələri ilə qarşılıqlı əlaqə;
- İşçi görüşlərdə iştirak;
- İş və hesabat sənədlərinin aparılması;
- İnformasiya sistemində təchizatçılar haqqında məlumatların aktiv vəziyyətdə saxlanılması;
- Təchizatçılarla hesablaşmalar üzrə debitor borclarının qarşısının alınması;
Tələblər:
- Azərbaycan, rus dillərini sərbəst bilmək;
- Ali təhsil
- Ən azı 3 il analoji vəzifədə iş stajı;
- MS Office-ni yaxşı bilmək;
- Satınalma strategiyasının rolunun planlaşdırılması, həyata keçirilməsi və idarə edilməsi bacarığı.
Şərtlər:
- İş qrafiki 9:00 - 18:00, BE-C;
- Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
- Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
- Qidalanmanın təqdim edilməsi;
- Peşəkar iş mühiti;
- Yardım etməyə və texniki köməklik göstərməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda.
Populyar kanallarımıza baxın:
- Wilderness Cooking - //www.youtube.com/c/WILDERNESSCOOKING
- Kanan Badalov - //www.youtube.com/c/KananBadalovChannel/videos
Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.
CV – lər 01 iyun 2024-cü il tarixinədək qəbul edilir.
Fotoşəkilli CV formasını mövzu hissəsində “Satınalma üzrə menecer” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə info@sosmedia.space e-mail ünvanına göndərmənizi xahiş edirik.
Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.