AZ

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəm”

“Üzücü məğlubiyyətdir. 90 dəqiqə üstün oynadıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXIII turundan sonra “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis “Zirə”yə 1:2 hesablı məğlubiyyəti şərh edib: “Fərdi səhvlərdən sonra rəqib qollar vurdu. Çoxlu qol epizodlarımız oldu. Son üç oyunun hamısında rəqiblər bizdən oyun baxımından üstün olmayıb. Fərdi keyfiyyət öz sözünü dedi. Son matçlarda qırmızı vərəqələr bizi pis vəziyyətdə qoydu. Bu, olmamalıdır. Qarşımızdakı əsas məqsəd liqada möhkəmlənməkdir. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. "Sumqayıt"la oyundan sonra şanslarımız azaldı. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer ala bilərdik. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bilirik ki, bölgədə çalışmaq çətindir, təzyiq çoxdur. Bunun öhdəsindən gəlməliyik".

Ayxan Abbasov istefa şüarlarına münasibət bildirib: “Mənə bu sual çox verilib. Deyirdim ki, heç kim sakitləşməyib. Məğlubiyyət olanda üzə çıxacaqlar. "Turan Tovuz" mənə yad deyil, burada futbol oynamışam. Mənim yerimdə başqası olsa, yenə eyni problem yaranacaq. Bilmirəm, məndən niyə xoşları gəlmir. Keçən il deyirdilər ki, komada az qol vurur. Bu il qol vururuq, yenə narazıdırlar. Rəhbərliyə söz vermişəm. Bacarmasam, çıxıb gedəcəm. Buradan yapışıb qalmamışam. Digər komandalar qədər pul xərcləməmişik. Komanda baxımlı futbol oynayır. Ən çox qol vuran komandayıq”.

Qeyd edək ki, “Turan Tovuz” öz meydanında 1:2 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
198
6
idman.biz

2Mənbələr